Putin G20 sammitində iştirak etməyəcək


İndoneziya hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin Balidə keçiriləcək G20 sammitinə getməmək qərarını təsdiqləyib.
Yeniavaz.com
 "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın dənizçilik və investisiya məsələləri üzrə nazirinin mətbuat katibi Codi Mahara bildirib.
Onun sözlərinə görə, Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək:
"Rusiya Prezidenti Vladimir Putin gələn həftə Balidə keçiriləcək G20 liderlərinin görüşündə iştirak etməyəcək. Putini görüşlərdən birinə virtual olaraq qatılmalı olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edəcək".
Xatırladaq ki, daha əvvəl "Bloomberg" Rusiya liderinin sammitə getməkdən imtina etməsi barədə məlumat yayıb. Nəşrin məlumatına görə, Putinin əvəzinə Rusiya nümayəndə heyətinə Lavrov başçılıq edəcək. Nəşr Kremlin iddia edilən qərarının digər təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da İndoneziyada baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top