Çinin kosmosa göndərdiyi idarəetmədən çıxan raket Yerə düşdü


Çinə aid olduğu bildirilən raketin qalıqları Filippin sahillərində tapılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Filippin Kosmik Agentliyindən verilən açıqlamaya görə, tapılan dağıntılar çox güman ki, oktyabrın 31-də Çindən atılan “Long March 5B” raketinin hissələridir.
Agentlik daha əvvəl ictimaiyyətə xəbərdarlıq etmişdi ki, raket parçaları ölkənin qərb hissəsindəki Palavan bölgəsinə düşə bilər. Mütəxəssislər bütün fotoşəkilləri, o cümlədən Çin bayrağının bir hissəsi olduğu ikonaları araşdırdıqlarını açıqlayıblar.
Xatırladaq ki, noyabrın 4-də Çinin atdığı raketin idarəetmədən çıxaraq, geri qayıtdığı və atmosfera daxil olduğu açıqlanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top