Çinin kosmosa göndərdiyi raketin idarəetmədən çıxdığı bildirilir


Çinin "Long March 5B" raketinin kosmosa buraxılışlardan sonra nəzarətin itdiyi və kontrolsuz şəkildə Yerə qayıdacağı iddia olunub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, həmin səbəblə İspaniya hava məkanının bəzi hissələrinin ehtiyat tədbiri olaraq uçuşlara bağlandığı bildirilib.
ABŞ Kosmik Komandanlığı öz Twitter hesabında Çin Xalq Respublikasına aid raketin bu gün saat 13.01-də atmosferə daxil olduğunu və Sakit Okeanın orta-cənub hissəsinə düşməsinin gözlənildiyini bildirib.
Xatırladaq ki, bundan bir müddət əvvəl Çinin kosmosa göndərdiyi raket idarəetmədən çıxaraq Yerə çırpılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top