
Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirməsi barədə məlumatlar yayılıb. Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu gün mətbuatda DTX-nin əməliyyatı zamanı mədəniyyət naziri Anar Kərimovun iş yerində olmaması barədə iddialar yayılıb.
Nazirliyin rəsmisi Nuridə Allahyarova bu iddiaları yalanlayıb:
“Məlumat üçün deyim ki, vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir. Çünki iş icrası təkcə inzibati binada olmur. Təşəkkür edirəm”.