DTX nazir müavinini saxladı - KİV


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirməsi barədə məlumatlar yayılıb.

Yeniavaz.com Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb.
Məlumat üçün bildirək ki, E.Əliyev 2021-ci ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin rəsmi saytında və KİV-də Elnur Əliyevin 2020-ci ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri olmasına dair məlumatlar var. Lakin NGBM-dən Yeniavaz.com-a bildirilib ki, E.Əliyev hazırda sözügedən qurumda heç bir vəzifəni icra etmir.

DİGƏR XƏBƏRLƏR

Top