Paşinyan Rusiyaya getdi


Xəbər verdiyimiz kimi, bu gün - oktyabrın 31-də Rusiya tərəfinin təşəbbüsü ilə Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan görüşdə iştirak etmək üçün Soçi şəhərinə gedib.
Ermənistanın Baş naziri bu gün burada Vladimir Putinlə danışıqlar aparacaq, daha sonra İlham Əliyevin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
Baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər Nikol Paşinyanla birlikdə Soçiyə gediblər. Nümayəndə heyətinə Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da daxildir.

DİGƏR XƏBƏRLƏR

Top