Bu gün Soçidə üçtərəfli görüş keçiriləcək


Bu gün - oktyabrın 31-də Rusiya tərəfinin təşəbbüsü ilə Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kremlin”in yaydığı məlumatda bildirilib.
Məlumata görə, görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasına baxılması və Zaqafqaziyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün gələcək addımların müzakirəsi planlaşdırılır.
Bundan əlavə ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə olunacaq.
Vladimir Putinlə Nikol Paşinyan və İlham Əliyev arasında təkbətək söhbətlər də planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top