Sobçak Belarus-Litva sərhədini piyada keçib - Video


Xəbər verdiyimiz kimi, məşhur rusiyalı aparıcı Kseniya Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib.
Yeniavaz.com
xəbər verir ki, “Tri Sestrı” teleqram kanalı jurnalistin Belarus-Litva sərhədinin Vidzı keçid məntəqəsindən keçməsinin görüntülərini yayıb.
Videoda onun rahat formada piyada Litva sərhədini keçdiyi əks olunub.
Litvanın Dövlət Təhlükəsizlik Departamentinin direktoru Darius Yaunişkis Ziniu radijas radiostansiyasının efirində Sobçakın sərhədi keçməsinə münasibət bildirib:
“Sobçak İsrail vətəndaşıdır, bu səbəbdən İsrail pasportu ilə Litvaya daxil ola bilər, viza tələb olunmur və burada 90 gün qala bilər”.
Litva Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidmətinin rəisi general Rustamas Lubaevas bildirib ki, rusiyalı teleaparıcının Litvaya buraxılmasından imtina etmək üçün heç bir səbəb yoxdur.
“Litva sərhəd xidməti Kseniya Sobçakı ölkəyə qəbul edərkən qaydaları pozmayıb, lakin onun statusu milli təhlükəsizliyə təhdid olub-olmaması yoxlanıldıqdan sonra dəyişə bilər”, - Litva prezidentinin müşaviri Kestutis Budris LRT milli radiosunun efirində deyib.

DİGƏR XƏBƏRLƏR

Top