
Məşhur rusiyalı aparıcı Kseniya Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Sobçak Belarusdan Litvaya gedib. Onun əməliyyatçıları aldatmaq üçün internet vasitəsilə ilk olaraq Dubaya, daha sonra isə Türkiyəyə bilet aldığı qeyd olunub.
***13:24
Kseniya Sobçakın Moskva vilayətindəki bağ evində axtarış aparılır.
Yenivaz.com TASS-a istinadla xəbər verir ki, axtarış onun kommersiya direktoru Kirill Suxanova qarşı qaldırılmış iş üzrə aparılır.
"Sobçakın özünün heç bir prosessual statusu yoxdur", - hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirib.
Qeyd olunub ki, çərşənbə günü Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin müstəntiqi Suxanov barəsində həbs-qətimkan tədbirinin seçilməsi xahişi ilə Moskvanın Tverskoy Məhkəməsinə müraciət edəcək.
Xatırladaq ki, Sobçak kommersiya direktorunun hədə-qorxu ilə tələb etmədə təqsirləndirolərək saxlanıldığını təsdiqləyib.
"Bizim kommersiya direktorumuz Kirill Suxanov saxlanılıb. Deyirlər, pul tələb edir", - o, “Telegram” kanalında yazıb .
Qeyd edək ki, Sobçak 2018-ci ildə Rusiya Federasiyasında keçiriən seçkilərdə Prezidentliyə namizədliyini verib və Vladimir Putinin qalib olduğu səsvermə zamanı 1 milyon 237 min 692 (1,68%) səs toplayaraq dördüncü yeri tutub.