“Bizi yer üzündən silməyə çalışırlar...” - Zelenski Kiyevdən kadrlar paylaşdı


Xəbər verdiyimiz kimi, Ukraynanın Kiyev vilayəti bu gün səhər saatlarında hava hücumuna məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında Kiyev şəhərindən görüntülər paylaşıb.
“Genişmiqyaslı müharibənin 229-cu günü. 229-cu gündə bizi məhv etməyə, yer üzündən silməyə çalışırlar. Bütün vasitələrlə. Zaporojyedə evdə yatan insanları, Dnepr və Kiyevə işləməyə gedən insanları öldürürlər. Ukraynanın hər yerində hava həyəcanı səngimir. Raketlər vurur. Təəssüf ki, ölənlər və yaralananlar var. Xahiş edirəm sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin dayanaq və güclü olaq”, - paylaşımda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top