Kiyevə raket hücumu nəticəsinə ölən və yaralananların sayı açıqlandı - Yenilənib


Rusiyanın Ukraynaya kütləvi raket hücumu nəticəsində 11 nəfər həlak olub və 87 nəfər yaralanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna polisinin rəhbəri İqor Klimenko məlumat verib.
“Rusiya raketləri 11 nəfərin həyatına son qoyub. Onların arasında 41 yaşlı polis polkovniki də var. Raket atəşi nəticəsində 87 nəfər də xəsarət alıb” – deyə o qeyd edib.
Bildirilib ki, raket zərbələri nəticəsində dağılmış 70 obyektin içində 4 hündürmərtəbəli bina, 39 fərdi yaşayış evi və məktəb var.

***11:14
Kiyev Vilayətinin Şevçenkovski rayonunda raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, daha 24 mülki şəxs yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Rostislav Smirnov məlumat verib.
O bildirib ki, 6 avtomobil yanıb, 15-dən çox avtomobilə ziyan dəyib.

***10:06
Bu gün Ukraynanın paytaxtı Kiyevdə Bakı vaxtı ilə saat 07:47-də hava hücumu xəbərdarlığı edilib. Saat 8-dən sonra isə 3-4 partlayış səsi eşidilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bir sıra yerli ictimaiyyət nümayəndələri məlumat yayıb.
Daha sonra hücumla bağlı məlumatı şəhərin meri Vitali Kliçko da təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.
“Şevçenko rayonunda - paytaxtın mərkəzində bir neçə partlayış baş verib. Bütün xidmətlər həmin yerlərə gedir”, - Kliçko bildirib.
Kliçko detalları daha sonra açıqlayacağını da vurğulayıb.
“Kiyevdə raketlərdən biri Volodimirski küçəsində Hruşevskinin abidəsi yaxınlığında düşüb. Xilasedicilər işləyir”, - Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial şəbəkə hesabında yazıb.
“Kiyevdə müxtəlif yerlərdə bir neçə zərbə nəticəsində yaralananlar və ölənlər var. Məlumat dəqiqləşdirilir”, - Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Vodolaqa deyib.

DİGƏR XƏBƏRLƏR

Top