Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə məktəbdə bir şagirdin digərinə fiziki zorakılıq tətbiq etməsinin görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, video yayıldıqdan sonra məsələ ilə bağlı tədbirlər görülüb, şagirdlərlə maarifləndirmə söhbətləri aparılıb. Həmin hadisə ilə bağlı aparılan çəkilişlərdən birində direktor vəzifəsini icra edən Lətifə Mustafayeva açıqlama verərkən kadr arxasında dayanan valideynlərdən birinin şagirdi müxtəlif jest və mimikalarla hədələdiyi görüntülərə yansıyıb. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bir qrup məsələyə yumorla yanaşarkən, digər bir qrup bənzər hərəkətlərin şagirdlərin psixologiyasını pozduğunu bildirib.
Həmin görüntüləri təqdim edirik: