Reabilitasiya mərkəzində uşaqlara işgəncə verənlər saxlanıldı


Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.
İstintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsinin görüntüləri yayılıb. Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verməsi, saçlarını yolması və döyməsi əks olunub.

DİGƏR XƏBƏRLƏR

Top