Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilir - Video


Bakıda reabilitasiya mərkəzlərinin birində uşaqlara işgəncə verilməsinin görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, hadisə Bakının Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində yaşanıb.
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verməsi, saçlarını yolması və döyməsi əks olunub.
***
Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top