"Qarabağ"ın futbolçusu Fransa klubuna keçdi - Rəsmi


Əldə olunmuş razılığa əsasən, “Qarabağ”ın hücumçusu İbrahima Vadji Fransanın “Sent Etyen” klubuna transfer olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Bildirilib ki, ötən mövsüm kluba transfer olmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fransız klubu da rəsmi sosial şəbəkə hesablarında futbolçunun transferi barədə məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl məşhur “L Equipe” nəşri İbrahima Vadjinin “Sent-Etyen”ə transfer olunacağı barədə məlumat yayıb. Məlumatda bildirilib ki, transferin məbləği bir milyon avrodan bir qədər çox olacaq və bonuslar da əlavə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top