“Sent-Etyen” “Qarabağ”ın oyunçusunu alır - Bir milyon avrodan çox ödəyəcək


“Sent-Etyen” gələn həftənin əvvəlində “Qarabağ”dan (Azərbaycan D1) hücumçu İbrahima Vadjini heyətinə cəlb edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məşhur “L Equipe” nəşri məlumat yayıb.
Qeyd olunub ki, transferin məbləği bir milyon avrodan bir qədər çox qiymətləndirilir və ona istənilən bonuslar əlavə olunacaq. Klublar arasında bazar ertəsi və ya çərşənbə axşamı müqavilənin imzalanması gözlənilir. Bildirilib ki, Vadji bu şənbə Fransaya yollanacaq.
 “Sent-Etyen” klubunun idman direktoru Loik Perrin və klubun baş menecer müavini Samuel Rustem tərəfindən 27 yaşlı seneqallının ötən mövsüm Avropa Konfrans Liqasında izlənildiyi bildirilib.
Qeyd edək ki, 2021-ci ilin yayından “Qarabağ”da çıxış edən İ. Vadji bu müddət ərzində 36 oyuna çıxıb, 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu Premyer Liqanın 4-cü turunda baş tutan “Şamaxı” ilə oyunda da ehtiyatda qalıb.
 “Sent Etyen” hazırda Fransanın 2-ci liqasında mübarizə aparır. Klub ötən mövsümün sonunda Liqa 1-i tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top