Daha bir ukraynalı Duqinanın qətlində təqsirləndirilir


“Natalya Vovk ilə birlikdə jurnalist Daria Duqinanın qətlini hazırlayan Ukrayna təxribat və terror qruplaşmasının üzvü müəyyən edilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Müəyyən edilib ki, Duqinanın qətlini Vovk ilə birlikdə Moskvada Ukrayna diversiya-terror qruplaşmasının digər üzvü - 30 iyul 2022-ci ildə Estoniyadan tranzitlə Rusiyaya gələn və Duqinanın avtomobilinin partlamasından bir gün əvvəl Rusiya ərazisini tərk edən Ukrayna vətəndaşı, 1978-ci il təvəllüdlü Tsqanenko Boqdan Petroviç hazırlayıb”, - məlumatda bildirilib.
Kəşfiyyat xidmətinin məlumatına görə, Tsqanenko Vovka saxta nömrələr və Qazaxıstan vətəndaşı Yuliya Zaikonun adına sənədlər verib. Bundan əlavə, o, Vovk ilə birlikdə Moskvanın cənub-qərbində icarəyə götürdüyü qarajda əldəqayırma partlayıcı qurğu yığıb.
FTX bildirib ki, Ukrayna xüsusi xidmət orqanlarının təşkil etdiyi Daria Duqinanın qətlində əli olan şəxslərin müəyyən edilməsi davam etdirilir.
Xatırladaq ki, Rusiya FTX daha əvvəl jurnalist Daria Duqinanın qətlini Ukrayna xüsusi xidmət orqanlarının hazırlaması, törədən şəxsin Ukrayna vətəndaşı Natalya Vovk olması barədə məlumat yayıb.
Qeyd edək ki, “rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı Daria Duqina avqustun 20-də avtomobilinin bomba ilə partladılması nəticəsində dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top