“Putinin beyni” ləqəbli Duqinin qızı bomba ilə öldürüldü - Video


Rusiya prezidenti Vladimir Putinin ən güvəndiyi adamlarından hesab olunan “Putinin beyni” ləqəbli Aleksandr Duqinin qızı avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com
“NYT”yə istinadla xəbər verir ki, Duqinin qızı Darya Duqinanın hadisə yerində öldüyü açıqlanıb.
Partlayış paytaxt Moskvadan 20 kilometr qərbdə baş verib və şahidlərin bildirdiyinə görə, çox şiddətli olub.
Duqinanın dostu Andrey Krasnov “Tass”a verdiyi açıqlamada, hücumun hədəfinin Aleksandr Duqin olduğunu iddia edib.
"Bu, atasının maşını idi. Dərya başqa maşın sürürdü, amma bu gün atasının maşınını götürüb. Aleksandr da onunla getməli idi. Ancaq o, başqa avtomobillə və başqa yolla getdi. İndi başa düşürəm ki, əsas hədəf Aleksandr idi ", - deyə Krasnov bildirib.
Qeyd edək ki, hökumətdə rəsmi rolu olmayan Duqin Putinyönlü “Tsarqrad” televiziyasının baş redaktoru kimi tanınır.
Aleksandr Duqinin Putinə ciddi təsir göstərdiyi güman edilir. Duqin tez-tez verdiyi açıqlamarında, Rusiyanın ekspansionist siyasət yürütməli olduğunu bildirir.

Uzun müddətdir ki, ABŞ Maliyyə Nazirliyi Duqin və qızı Daryaya qarşı sanksiyalar tətbiq edib.
Darya Duqina “United World International” təşkilatının baş redaktoru idi. Bu təşkilat 2016-cı ildə Donald Tramp və Hillari Klinton arasında keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunurdu.

DİGƏR XƏBƏRLƏR

Top