Əli Həsənovun oğlu Mayamidə yeni şirkət açdı - Fotolar


Azərbaycanı tərk edərək ABŞ-a köçən prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayamidə yeni şirkət açıb.
Yeniavaz.com
-un əldə etdiyi məlumata görə, Şamxal Həsənlinin 12 iyul 2022-ci il tarixində Mayamidə yerləşən “2925 NE 190TH ST APT 106 AVENTURA, FL 33180” ünvanında qeydiyyata aldırdığı şirkət “SOLIS DEVELOPMENT LLC” adlanır.
Məlumat üçün bildirək ki, hazırda ailəsilə birgə Mayamidə yaşayan Şamxal Həsənli ötən il Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub. 
Əli Həsənovun oğlu bir müddət əvvəl Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işə düzəlib. Mayamidə fəaliyyət göstərən “Zylberglait Group” ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. “Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında çoxsaylı ermənilər də olub. 
Bu barədə aşağıdakı linkdən ətraflı məlumat ala bilərsiniz:
Onu da xatırladaq ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəmə iclasında şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır:
“Portos” MMC-də baş mühasib işləmişəm, pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm”. 
Məhkəmədə Əli Həsənovun oğlu Şamxal Həsənlinin məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılsa da, vəsatət təmin edilməyib.
Bundan başqa ötən ilin may ayında “Azərkosmos” ASC Şamxal Həsənlinin rəhbərlik etdiyi “Kaspi Global” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiasında “Kaspi Global” MMC-nin “Azərkosmos” ASC-yə borcunun olduğu bildirilir. Məhkəmə iddiasından sonra Şamxal Həsənli “Kaspi Global” MMC-nin rəhbərliyindən çıxaraq yerini Kərimov Etiram Kərim oğluna təhvil verib. 
Xatırladaq ki, Əli Həsənovun ailə üzvləri Azərbaycanda otel, turizm, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi sahələrdə biznes fəaliyyətilə məşğul olublar.

Mayamidə “Solıs Development LLC” qeydiyyata alındığı ünvan 


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top