Əli Həsənovun oğlunun ABŞ-dakı erməni iş ortaqları kimdir? – FOTOLAR


Xəbər verdiyimiz kimi, Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işə düzəlib.
Yeniavaz.com xəbər verir ki, Mayamidə fəaliyyət göstərən “Zylberglait Group” ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. 

Məlumat üçün bildirək ki, “Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında çoxsaylı ermənilər də var. 

“Marcus and Millichap”də yüksək vəzifələrdə çalışan ermənilərdən biri Simon Qriqoryandır. Simon Qriqoryan özünün “LinkedIn” sosial şəbəkə hesabında yazır ki, o 2010-cu ildən Şamxal Həsənlinin də yaşadığı Florida ştatında yerləşən erməni kilsəsinə yardımlar edir. Qriqoryan yazır ki, erməni kilsəsinin  bərpasına kömək edib və hazırda ayda bir dəfə könüllü kimi kilsənin işlərində yaxından iştirak edir.

Şamxal Həsənlinin iş ortaqlarında olan başqa bir erməni – Stefan Çraqçyan daha əvvəl ABŞ-da erməni diasporasının mərkəzi olan Qlendeyl şəhərində çalışıb. Stefan Çraqçyan da erməni diasporasının aktiv fəallarından hesab olunur. Çraqçyan özünün “LinkedIn” sosial şəbəkə hesabında “profil şəkili” kimi Qlendeyldə yerləşən Brand kitabxanasının fotosunu yerləşdirib. Bu kitabxana erməni diasporunun əsas təbliğat mərkəzlərindən hesab olunur. Erməni diasporu hər il aprel ayında bu tarixi kitabxanada qondarma erməni soyqırımının anım gününü qeyd edir.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top