Polis Akademiyası bir ay əvvəl yaranan şirkəti 50 minlik tenderin qalibi etdi


Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 47 min 835 manat 9 qəpik olan tender müsabiqəsinin qalibi “Lima MM” MMC (VÖEN- 1307795921) olub.
“Lima MM” MMC Polis Akademiyasına camaşırların yuyulması xidməti göstərəcək.
Nizamnamə kapitalı 10 manat olan “Lima MM” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, H.Q. Mustafayev, ev 11-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şahverdiyev Hikmət Qalib oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət  – “Lima MM” MMC tender müsabiqəsinin başlamasından təxminən bir ay əvvəl dövlət qeydiyyatına alınıb.
Polis Akademiyası tender müsabiqəsini (Kotirovka sorğusu) avqust ayının 8-də elan edib. Tender müsabiqəsinin qalibi olan “Lima MM” MMC isə bu ilin iyun ayının 26-də dövlət qeydiyyatına alınıb.
Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Bir ay əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Onu da qeyd edək ki, son bir il ərzində “Lima MM” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.  
Cəmi 8 ay ərzində “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11” ünvanda qeydə alınan şirkətlər bunlar olub:



A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top