“Fənərbağça” prezidenti Ukraynadan üzr istəməyəcəklərini deyib


“Fənərbağça” klubunun prezidenti Əli Koç Ukraynadan üzr istəməyəcəklərini deyib.
Yeniavaz.com
xəbər verir ki, o, bunu ötən gün jurnalistlərin suallarını cavablandırarkən bəyan edib. Ə. Koç əslində Ukraynanın Türkiyədəki səfirinin öz tənqidi fikirlərinə görə üzr istəməli olduğunu bildirib.
Qeyd edək ki, iyulun 27-də Türkiyənin İstanbul şəhərində Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşan “Fənərbağça” klubunun azarkeşləri Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko da məsələ ilə bağlı münasibət bildirib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının II təsnifat mərhələsinin “Fənərbağça” - “Dinamo” (Kiyev) matçında türkiyəli futbol azarkeşlərinin davranışı ilə bağlı intizam araşdırmasına başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top