Ukrayna klubuna uduzan “Fənərbağça” azarkeşlərinin "Putin" şüarı gündəm oldu - Video


Ötən gün – iyulun 27-də Türkiyənin İstanbul şəhərində Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşan “Fənərbağça” klubunun azarkeşləri Rusiya Prezidenti Vladimir Putin lehinə şüarlar səsləndiriblər.
Yeniavaz.com
xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutan görüş zamanı sözügedən hal Ukrayna təmsilçisinin Türkiyə klubunun qapısından top keçirməsindən sonra yaşanıb.
Türkiyəli azarkeşlərin bu addımı dünyada gündəmə çevrilib və qınanıb.
Qeyd edək ki, oyun Kiyev "Dinamo"sunun qələbəsi ilə (1:2) başa çatıb. Ukrayna klubunun baş məşqçisi Mirça Luçesku yaşanan hadisələrə görə heyfsləndiyini bildirib və mətbuat konfransına qatılmaqdan imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top