"Azərbaycanda futbol var ki, onu da idarə edəsən?!"


Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.

Məsələ ilə bağlı Yeniavaz.com-a münasibət bildirən Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, R. Musayevin istefa verməsini istəmir:
“İstəməzdim istefa versin. Ramin futbolu çox gözəl bilir. Yaxşı da işləyir, o niyə istefa versin ki?! Ramin Musayevin səhhətinə nolub ki?! Maşallah, cavan oğlandır, özü də idmançıdır, keçmiş polis işçisidir, “zakalka”sı var. Bəlkə, AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - red.) məcbur eləyib ona görə, ola bilər”.
A. Abbas R. Musayevi kimin əvəz edəcəyi barədə isə bunları dedi:
“Bilmirəm. Elə Ramindən başqa heç kim. Azərbaycanda futbol var ki, onu da idarə edəsən?! Kimisə, özlərinin bir adamını qoyacaqlar, əlaltı eləyəcəklər. Ramini əlaltı edə bilməyiblər. Nə bilim, tapıb qoyacaqlar da, o qədər adam var ki”.

Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top