Həm bank gəlirləri, həm də sığorta yığımlarının 66,6%-i “Paşa Holdinq”ın payına düşüb


Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar bu ilin ilk yarısı üçün mənfəət və zərərlərini açıqlayıblar.
Yeniavaz.com
xəbər verir ki, 26 bankdan 24-ü ümumilikdə 406 milyon 414 min manat mənfəət, 2 bank isə 5 milyon 545 min manat zərər edib.
Mənfəət əldə edən banklardan 2-si dövlət bankı olub. “Beynəlxalq Bank”ın mənfəəti 118 milyon 148 min manat, “Azər Türk Bank”ın mənfəəti isə 812 min manat olub.
Özəl banklar tərəfindən əldə olunan 288 milyon 196 min manatlıq mənfəətin 191 milyon 915 min manatı və ya 66,6%-i ölkənin aparıcı şirkətlərindən olan "Paşa Holdinq"ə bağlı 2 bankın – “Kapital Bank” və “Paşa Bank”ın payına düşüb.
“Kapital Bank” son 6 ayda 127 milyon 71 min manat, “Paşa Bank” isə 64 milyon 844 min manat xalis mənfəət ədə edib.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 145,8 milyon manat olan “Kapital Bank”ın səhmlərinin 99.87%-i “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.
Nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhimlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir.
Maraqlıdır ki, bu ilin ilk yarısında ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 491,6 milyon manat məbləğində sığorta haqqının da 66,6%-i "Paşa Holdinq"ə bağlı olan “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri tərəfindən yığılıb. Son 6 ayda "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 327,2 milyon manat olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top