“Paşa Bank”a borcu olan mərhum deputatın oğlunun məhkəməsi sentyabrda keçiriləcək


Xəbər verdiyimiz kimi, Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC 2019-cu ildə vəfat edən millət vəkili Yevda Abramovun oğluna qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu günə kimi 4 dəfə məhkəmə iclası təyin olunub.
Sonuncu iclas 2 gün əvvəl 18.07.2022-ci ildə baş tutub. Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən iclasda növbəti məhkəmə baxışının 06.09.2022-ci tarixində keçirilməsi barədə qərar qəbul edilib.
Məlumat üçün bildirək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb. İddia deputatın oğlu Elçin Abramov ilə bərabər onun rəhbərlik etdiyi “Agro Trade Com” MMC-yə qarşı da irəli sürülüb.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Agro Trade Com” MMC 30.10.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Hüquqi ünvanı “Qaradağ rayonu, Sahil ŞTQ, Əliyar Gülbabayev, ev 18, m. 24”-da yerləşən MMC plastik masa, plastik oturacaq, zibil konteynerləri (zibil yeşikləri), plastik yeşiklər və s. məhsulların istehsalı ilə məşğuldur. 

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top