“Paşa Bank” Yevda Abramovun oğlunu məhkəməyə verdi


Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC 2019-cu ildə vəfat edən millət vəkili Yevda Abramovun oğluna qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iclasının 06.06.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulub.
Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, “Paşa Bank” ASC mərhum deputatın oğlu Elçin Abramov ilə bərabər onun rəhbərlik etdiyi “Agro Trade Com” MMC-yə qarşı da iddia qaldırıb. 
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Agro Trade Com” MMC 30.10.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Hüquqi ünvanı “Qaradağ rayonu, Sahil ŞTQ, Əliyar Gülbabayev, ev 18, m. 24”-da yerləşən MMC plastik masa, plastik oturacaq, zibil konteynerləri (zibil yeşikləri), plastik yeşiklər və s. məhsulların istehsalı ilə məşğuldur. 
Ötən il “Agro Trade Com” MMC “Təmiz Şəhər” ASC tərəfindən keçirilən 48 min 144 manatlıq tender müsabiqəsinin də qalibi olub. “Agro Trade Com” MMC “Təmiz Şəhər” ASC 1 100 litrlik tullantı konteynerləri satıb. 
Hazırda “Agro Trade Com” MMC-nin dövlət büdcəsinə 7 min 308 manat 88 qəpik vergi borcu var.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top