Tofiq Yaqublu sərbəst buraxıldı - Yenilənib


Aksiyada saxlanılan Tofiq Yaqublu xərbəst buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

***13:30
Bakıda Nazirlər Kabineti qarşısında quru sərhədlərin açılması tələbi ilə keçirilən aksiya başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, aksiya zamanı Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb.
Bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.
Digər müxalif fəalların da saxlanıldığı bildirilir.

***11:42

Bakıda Nazirlər Kabineti qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya keçirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər canlı yayımlanır.
Qeyd edək ki, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu iyul ayının 20-si saat 12:00-da Nazirlər Kabinetinin binası qarşısında “Quru sərhədləri açın” tələbilə dinc etiraz aksiyası keçiriləcəyini bildirib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi iyulun 20-də Nazirlər Kabinetinin önündə aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top