DİN-dən Tofiq Yaqublunun elan etdiyi aksiya barədə - Xəbərdarlıq


Daxili İşlər Nazirliyi iyulun 20-də Nazirlər Kabinetinin önündə aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, xəbərdarlıqda deyilir:
"İyulun 20-də bir qrup şəxsin Nazirlər Kabinetinin inzibati binasının önündə aksiya keçirmək barədə çağırışlara münasibət olaraq bildiririk ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiyanın, kütləvi toplantının keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa, müvafiq tədbirlərlə qarşısı alınacaqdır".
Qeyd edək ki, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu ötən gün açıqladığı məlumatda iyulun 20-si saat 12:00-da Nazirlər Kabinetinin binası qarşısında “Quru sərhədləri açın” tələbilə dinc etiraz aksiyası keçiriləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top