Marina Ovsyannikova yenidən saxlanıldı - Foto+Video


Rusiyanın Birinci Kanalının keçmiş əməkdaşı Marina Ovsyannikova İyulun 15-də Kreml qarşısında piket keçirib.
Yeniavaz.com
xəbər verir ki, o, piketdə Rusiya hakimiyyətini Ukraynada uşaqların ölümündə ittiham edib.
Bu hadisədən sonra Mariya ötən gün Moskva vilayətində saxlanılıb və paytaxtın Krasnoselski polis bölməsinə aparılıb.
M. Ovsyannikova Rusiya Federasiyasının Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunur. Məhkəmə iclası iyulun 21-də Meşanski Rayon Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, Marina Ovsyannikova mart ayında Birinci kanalın efirində “Müharibəyə yox” plakatı açması ilə gündəmə gəlib.

DİGƏR XƏBƏRLƏR

Top