Ermənistan ordusunda casus qalmaqalı böyüyür - Video


Ermənistan Milli Təhlükəsizlik Xidməti ad-soyadı açıqlanmayan hərbi qulluqçunu vətənə xəyanət ittihamı ilə saxlayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, saxlanılan erməni hərbçi “ok.ru” sosial şəbəkəsi vasitəsilə xarici xüsusi xidmət orqanlarının nümayəndəsi ilə tanış olub və onlar tərəfindən ələ alınıb. Məlumatda qeyd olunur ki, bundan sonra yazışmalar yolu ilə dövlət və xidmət sirri olan məlumatları xarici xüsusi xidmət orqanlarına verib.
Bildirilir ki, erməni hərbçi hərbi hissənin təyinatı, ona daxil olan hissələrin növləri, onların bölməsinin mühafizəsi altında olan döyüş mövqeyinin yeri, döyüş mövqelərinin təchizatı, döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı digər məlumatlar, o cümlədən hərbi hissənin binalarının, döyüş mövqelərinin fotoşəkilləri, hərbi hissənin komanda heyətinin şəxsi və xidməti məlumatları, rotanın çağırış kitabçası, döyüş mövqeyinin atəş kartı, hərbi kitabçası kimi məlumatları xarici xüsusi xidmət orqanlarına göndərib.  Qarşılığında isə bank köçürmələri vasitəsilə mükafat olaraq pul alıb.
Məlumat üçün qeyd edək ki, son illər Ermənistan ordusunda xarici xüsusi xidmət orqanlarına məlumat ötürən çoxlu sayda hərbçi saxlanılıb.
Aşağıdakı linklərə daxil olaraq daha ətraflı məlumat ala bilərsiniz:

Ermənistanda Azərbaycana məxfi məlumatlar ötürən zabit saxlanılıb - TƏFƏRRÜAT + VİDEO
Ermənistan Azərbaycan kəşfiyyatına "işləyən" yüksək rütbəlini saxladı - VİDEO

 

 

DİGƏR XƏBƏRLƏR

Top