Ermənistanda Azərbaycana məxfi məlumatlar ötürən zabit saxlanılıb - TƏFƏRRÜAT + VİDEO


Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) üçüncü ölkənin xeyrinə hərəkət edən hərbçilərin casus şəbəkəsini müəyyən edərək zərərsizləşdirib.
Yeniavaz.com
 "sputnik armenia"ya istinadla xəbər verir ki, bu barədə MTX məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə ifşa olunma riskini azaltmaq üçün erməni qadınların adları və fotoşəkilləri ilə çoxsaylı saxta hesablar açılıb və bu hesablar vasitəsilə xarici kəşfiyyatçıların erməni zabitləri ilə tanışlığı yaradılıb.
Bu hesabların müəllifləri savadsız və tez qazanc əldə etməyə çalışan erməni zabitlərinə müəyyən mükafat müqabilində çox fərqli xarakterli məlumatları (qoşunların dislokasiyası, şəxsi heyətin və hərbi texnikanın sayı, döyüş sursatının həcmi, hərbi hissələrin komanda heyəti, müdafiə zonalarının yerləşdirilməsi və s.) ötürməyi təklif ediblər.
Sözügedən şəxslər mobil proqramlar vasitəsilə özlərində mövcud olan və xarici xüsusi xidmət orqanlarının tələbi ilə əldə etdikləri məlumatları bu hesabların müəlliflərinə göndəriblər.
Ermənistan MTX-nin məlumatına görə, kəşfiyyat şəbəkəsinə Silahlı Qüvvələrdə müxtəlif vəzifələrdə çalışan, dövlət və rəsmi sirləri əks etdirən məlumat və sənədlərlə tanış olmaq imkanı olan 19 Ermənistan vətəndaşı olub:
"İstintaq zamanı 30-dan çox axtarış aparılıb, cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı sənəd və əşyalar müəyyən edilərək götürülüb, həmçinin xarici valyutada pulun köçürülməsini təsdiq edən çeklər aşkar edilib. Genişmiqyaslı əməliyyat tədbirləri çərçivəsində Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları xarici kəşfiyyatın xeyrinə gizli fəaliyyətlə məşğul olan Ermənistan vətəndaşlarının şəxsiyyətini müəyyən etməyə nail olub, ötürülən məlumatların həcmi və xarakteri də dəqiqləşdirilib, həmçinin yeni məlumatların ötürülməsinin qarşısı alınıb".
MTX həbs olunanlardan birinin Azərbaycanın xüsusi xidmət orqanlarına məxfi məlumatları ötürdüyünü bildirdiyi videonu da yayıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top