Bu gün güllələnən Şinzo Abe vəfat etdi


Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Şinzo Abe 67 yaşında vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası məlumat yayıb.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndəsinin sözlərinə görə, Abe sui-qəsd cəhdindən sonra yerləşdirildiyi Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ölkənin qərbindəki Nara şəhərində seçki kampaniyası zamanı çıxış edərkən güllələnib. Yaponiyanın “NHK” telekanalı eks-nazirin vurulmasının anbaan görüntülərini də yayıb. Böyük Britaniyanın maliyyə naziri Nadim Zahavi isə onun öldüyünü yazıb. Şinzo Abeyə atəş açan 41 yaşlı Tetsuya Yamaqami ilkin ifadəsində eks-nazirin siyasətindən narazı olduğu üçün onu öldürmək istədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top