Şinzo Abeni güllələyən şəxs hücumun səbəbini açıqladı


Yaponiyanın keçmiş baş naziri Şinzo Abeyə atəş açan daha əvvəl ölkənin dəniz özünümüdafiə qüvvələrində xidmət etmiş 41 yaşlı Tetsuya Yamaqami hücumdan dərhal sonra saxlanılıb və ifadəsi alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.
İlkin ifadəsində Yamaqami Şinzo Abenin siyasətindən narazı olduğu üçün onu öldürmək istədiyini bildirib.
Xatırladaq ki, Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ölkənin qərbindəki Nara şəhərində seçki kampaniyası zamanı çıxış edərkən güllələnib. Yaponiyanın “NHK” telekanalı eks-nazirin vurulmasının anbaan görüntülərini də yayıb. Böyük Britaniyanın maliyyə naziri Nadim Zahavi isə onun öldüyünü yazıb.

DİGƏR XƏBƏRLƏR

Top