İrandan Azərbaycanla sərhədlərin bağlanması xəbərinə - Reaksiya


İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat şöbəsindən Trend-ə bildirilib.
Qeyd edilib ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır və İran İslam Respublikasından beynəlxalq turistlərin, eləcə də qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur.
Qeyd edək ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqəsdilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən Azərbaycan ərazisinə yerüstü nəqliyyatı yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb.

Həmçinin oxuyun: Sərhədlər bağlıdır, amma Azərbaycana quru yolla 91 min əcnəbi gəlib – Siyahı

DİGƏR XƏBƏRLƏR

Top