Sərhədlər bağlıdır, amma Azərbaycana quru yolla 91 min əcnəbi gəlib – Siyahı


Bu ilin yanvar-aprel ayları ərzində turizm məqsədilə Azərbaycanda 219 min 650 nəfər xarici ölkə vətəndaşı səfər edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycana turizm məqsədilə gələnlərin 41%-i və ya 91 min 34 nəfəri ölkəyə quru yolla daxil olub.
Quru yolla Azərbaycana daxil olan əcnəbi turistlər aşağıdakı ölkələrin vətəndaşları olublar:
Türkiyə –  35 384 nəfər
İran –  26 994 nəfər
Rusiya –  16 900 nəfər
Gürcüstan – 7 709 nəfər
Ukrayna –  1 450 nəfər
Özbəkistan – 852 nəfər
Belarus – 482 nəfər
Qazaxıstan – 341 nəfər
Qırğızıstan –  138 nəfər
Moldova – 113 nəfər
Tacikistan- 64 nəfər
Türkmənistan – 41 nəfər
Macarıstan – 6 nəfər
Rumıniya – 1 nəfər
Məlumat üçün bildirək ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqəsdilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən Azərbaycan ərazisinə yerüstü nəqliyyatı yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top