Naxçıvana bilet tapılmaması ilə bağlı açıqlama


“Azərbaycan Hava Yolları” aviaşirkəti millət vəkili Fazil Mustafanın da ictimailəşdirdiyi məsələyə reaksiya verib.
Yeniavaz.com
xəbər verir ki, AZAL-ın yaydığı məlumatda deyilir:
““Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytında (azal.az) almağı təklif edir.⠀
Bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək.⠀
Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə aviabiletlərin alınmasına dair təlimatla bizim videoçarxda tanış ola bilərsiniz”.
Xatırladaq ki, ötən gün millət vəkili Fazil Mustafa Naxçıvana təyyarə biletlərinin tapılmaması barədə paylaşım edib. Deputat bildirib ki, Naxçıvana təyyarəyə bilet tapılmır: "Onlarla adam zəng edib köməklik istəyir. Əməlli-başlı dərəbəylikdir".

DİGƏR XƏBƏRLƏR

Top