Blinkenin köməkçisi Tofiq Yaqublu ilə də görüşdü


Bu gün ABŞ Dövlət Katibi Entoni Blinkenin köməkçisi Kara Makdonald Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə T. Yaqublu sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün ABŞ-ın ölkəmizdəki səfirliyində ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Kara Makdonaldla görüşüm oldu. Ölkədə demokratiya və insan haqlarının durumu ilə bağlı ətraflı fikir mübadiləsi apardıq. Düşünürəm ki, çox əhəmiyyətli və vacib tədbir oldu. Yaşasın demokratiya”, - paylaşımda bildirilib.
Qeyd edək ki, K. Makdonald ötən gün ictimai fəal Bəxtiyar Hacıyevlə də görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top