Bəxtiyar Hacıyev Blinkenin müavini ilə görüşdü


Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibi Entoni Blinkenin köməkçi müavini Kara Makdonald ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə B. Hacıyev feysbuk hesabında paylaşım edib.
O bildirib ki, görüş təxminən bir saat davam edib.
"Görüşdə regionda baş verən hadisələr, ölkədə ümumi və ayrı-ayrı fəalların, jurnalistlərin, müxtəlif qrupların qarşılaşdıqları insan hüquqları sahəsindəki problemlər haqqında geniş, açıq və səmimi müzakirə getdi, Bayden administrasiyasının gələcəkdə atmasını gözlədiyimiz addımlarla bağlı geniş fikir mübadiləsi apardıq.
Xanım diplomat ABŞ prezidenti Baydenin demokratiya və insan hüquqları məsələlərinin xarici siyasətdəki yeri ilə bağlı mövqeyini paylaşdı. Sonra qarşılıqlı maraq doğuran mövzularda söhbət davam etdi", - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top