Bir neçə gündür sosial şəbəkələrdə Bakı Mühəndislik Universitetinin həyətində ilanların olması ilə bağlı məlumat paylaşılıb. Bu gün isə BMU-nun həyətində yerləşən ağaca yapışdırılan elan ciddi müzakirələrə səbəb olub. Elanda ilan şəklinin üzərində “ehtiyatlı olun” deyə qeyd olunub.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı universitet rəhbərliyinin Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdiyi bildirilib.
Şəklin kim tərəfindən yapışdırıldığı bilinmir.
Həmçinin oxuyun: Vergi borcu olan şirkət Maliyyə Nazirliyinə tualet kağızı satacaq