![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/6/12/1/9139c6c2-66e1-4e46-ad05-781445fb0157/maliyye-nazirliyi.jpg)
Maliyyə Nazirliyinin keçirdiyi tender müsabiqələrinin qalibləri "NUR-E.A." və “AZMEP TECHNOLOGIES" MMC-lər olub.
Yeniavaz.com xəbər verir ki, Nazirlik hər iki MMC-dən aldığı xidmətlərə görə ümumilikdə 88 min 357 manat 93 qəpik ödəyəcək.
"NUR-E.A." MMC Nazirliyə sanitar qovşaqları üçün sərfiyyat materialları satacaq (sanitar qovşağına rulon kağızlar, salfetlər və s.). Bu xidmətə görə MMC-yə 46 min 503 manat 33 qəpik ödəniləcək.
“AZMEP TECHNOLOGIES" MMC isə Maliyyə Nazirliyinin inzibati binasında yanğına qarşı mühafizə sistemlərinin (avtomatik və su ilə söndürmə sistemləri) 2022-ci il ərzində texniki xidmətləri göstərərək 41 min 854 manat 60 qəpik alacaq.
Qeyd edək ki, "NUR-E.A." MMC-nin bu günə olan məlumata görə dövlət büdcəsinə 55 min 392 manat 84 qəpik vergi borcu var.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/6/12/1/cd09e1d3-7111-45d2-87f3-1f92dadc0e37/vergi-borcu.jpg)
“AZMEP TECHNOLOGIES" MMC-nin isə bu günə olan məlumata görə dövlət büdcəsinə 11 min 585 manat 39 qəpik vergi borcu var.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/6/12/1/f9ace0f0-b653-4df0-bd7c-64149e2f17a8/vergi-borcu2.jpg)
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
Məlumat üçün bildirək ki, "NUR-E.A." MMC 9 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min manat olan MMC Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 25, m. 221 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Etibar Bahadur oğludur.
“AZMEP TECHNOLOGIES" MMC isə 12 iyun 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 166 min 810 manat olan MMC Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 5Q, m. 28 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Nursoy Əbdüləziz Nurbala oğludur.
R. Məmmədli