Ağdamda hərbçimiz minaya düşdü


Ağdamda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Çəmənli kəndi ərazisində qeydə alınıb.
Həmçinin oxuyun: “Azərişıq”ın Qarabağ macəraları və ya “tenderin iki adaxlısı var...” - Faktlar
Daxili Qoşunların hərbçisi, çavuş Seyidağa Ömərovun minaya düşərək xəsarət aldığı bildirilir. O, hospitala yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq ediblər. Bildirilib ki, hərbi qulluqçu hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.

***
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Seyidağa Ömərovun minaya düşməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırm aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top