"Ukraynadan sonra, altı saniyədə sizə göstərəcəyik..." - Kadırov Polşanı hədələdi


Çeçenistan rəhbəri Ramzan Kadırov Polşanı hədələyib.
Yeniavaz.com
xəbər verir ki, o, Rusiya səfiri ilə bağlı yaranmış vəziyyətə görə Polşadan üzr istəməsini tələb edib və xəbərdarlıq edib ki, “onlar bunu belə buraxmayacaqlar”:
"Polşa nəyə nail olmağa çalışır? Ukraynadan sonra, əgər komanda olarsa, biz sizə altı saniyəyə nəyə qadir olduğunuzu göstərəcəyik. Yaxşı olar ki, silahlarınızı, muzdlularınızı götürün və səfirimiz üçün rəsmi şəkildə üzr istəyin. Biz sadəcə olaraq bunu belə buraxmayacağıq. Çeçenlərin yaxşı təcrübəsi var: edilən hər şey vətənə qayıdır. Siz bizim dövlətlə çox pis oyunlar oynamağa başladınız... Qərb və Amerikanın sədaları altında oynamayın. Bu yaxşılığa aparmayacaq”, - deyə o, “Telegram” kanalında yaydığı videomüraciətində bildirib.
Qeyd edk ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev mayın 9-da Varşavada sovet əsgərlərinin qəbiristanlığına əklil qoymaq istəyən zaman etirazçılar onun üzərinə qırmızı boya atıblar.
Həmçinin oxuyun: “Azərişıq”ın Qarabağ macəraları və ya “tenderin iki adaxlısı var...” - Faktlar

DİGƏR XƏBƏRLƏR

Top