Bucada 8 ukraynalı belə edam edilib - Video


“The New York Times” rus hərbçiləri tərəfindən Buçada səkkiz kişinin edam edilməsinə dair video sübut dərc edib və qurbanların kimliyini müəyyənləşdirib.
Yeniavaz.com
xəbər verir ki, rusların baza və səhra xəstəxanasına çevirdiyi Yablonskayada 4 mərtəbəli inzibati binanın daxilində və xaricində dhərbçilər ərazini patrul edib, ev-ev axtarışlar aparıbllar. Həmin küçədə İvan Skiba digər 5 kişi ilə birlikdə ekspromt buraxılış məntəqəsində növbətçilik edirmiş.
Həmçinin oxuyun: Gəncə Memorial Kompleksinin konsepsiyasını bu şirkət hazırlayacaq – 440 min manata
Bu zaman ukraynalılara düşmənin yaxınlaşması barədə radio vasitəsilə xəbərdarlıq edilib və onlar yerli sakin, 53 yaşlı Valeri Kotenko ilə gizləniblər. Daha sonra onlara daha iki döyüşçü Andrey Dvornikov və Denis Rudenko qoşulub. Bir saat sonra axtarışlar zamanı ruslar həmin adamları evdə tapıblar və işğalçılar silah gücünə kişiləri küçəyə çıxarıblar. Daha sonra girovlar bazaya aparılıb.
Şahidlər bazanın qarşısındakı dayanacaqda köynəkləri başlarına çəkilmiş kişilər gördüklərini təsdiqləyirlər. Skibanın sözlərinə görə, onları diz çökməyə məcbur edib və güllləyiblər.
Skiba ölümdən qaça bilib. Belə ki, güllə dəydikdən sonra o, ölmüş kimi davranıb.
Edam edilənlərin cəsədləri bir aydan çox həyətdə qalıb.

DİGƏR XƏBƏRLƏR

Top