Yevlaxda itkin düşən şəxsin meyiti tapıldı


Bir neçə gündür Yevlaxda itkin düşən Ağdam rayon sakini, nitq qüsurlu Sərxan İsmayılzadənin meyiti Yuxarı Qarabağ kanalında tapılıb.

Yeniavaz.com xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu kanalın Mal Binəsi kəndindən keçən hissəsində gəncin cəsədini tapıb aidiyyəti üzrə təhvil veriblər.
Xatırladaq ki, S. İsmayılzadənin avtomobilinin Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Aran qəsəbisindən keçən hissəsindən tapılması barədə xəbər vermişdik.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top