İtkin düşən şəxsin avtomobili kanaldan tapıldı - VİDEO


Yevlaxda bir neçə gün öncə itkin düşən gəncin avtomobili Yuxarı Qarabağ kanalında aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, itkin düşən Ağdam rayon sakini, nitq qüsurlu Sərxan İsmayılzadədən isə hələ də xəbər yoxdur.
Avtomobil Yuxarı Qarabağ kanlının Yevlax rayonunun Aran qəsəbisindən keçən hissəsində tapılıb.
Sərxan İsmayılzadə bir neçə gün öncə avtomobili ilə evdən çıxıb və bird aha geri qayıtmayıb. Yaxınları ondan xəbər tuta bilmədiklərindən polisə müraciət ediblər. Onun avtomobilini FHN-nin dalğıc-axtarış qrupu Yuxarı Qarabağ kanalında tapıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları baxış keçirib.
Atası Rizvan İsmayılov deyir ki, Sərxan nə eşidir, nə yaxşı danışa bilirdi.
Qeyd edək ki, Sərxan İsmayılzadə subay olub. Onun axtarışları davam etdirilir.


Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top