Ramiz Mehdiyev dünən AMEA-da iclas keçirib? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev ötən gün saat 12:00-da AMEA-ya gedib. Yerli mətbuatda dərc edilən xəbərlərə görə, o, akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla və akademiyanın digər bir neçə əməkdaşı ilə AMEA prezidentinin kabinetində iclas keçirib.

Məsələ ilə bağlı Yeniavaz.com-a AMEA-nın Rəyasət heyətinin mətbuat katibi Azadə Balayeva açıqlama verib.
“Ramiz Mehdiyev dünən əşyalarını götürmək üçün akademiyaya gəlib”, - AMEA sözçüsü bildirib.
O, həmçinin qeyd edib ki, R. Mehdiyev AMEA-nın həqiqi üzvü və akademikdir. Digər üzvlər kimi o da AMEA-ya gəlib-gedə bilər.
Xatırladaq ki, R. Mehdiyev 14 fevralda AMEA prezidenti vəzifəsindən azad olunması ilə bağlı ərizə yazıb. Onun ərizəsi AMEA Rəhayət Heyəti tərəfindən qəbul olunub. AMEA prezidentinin vəzifələrinin icrası birinci vitse-prezident akademik Arif Həşimova tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top