Ramiz Mehdiyev bu gün AMEA-da iclasda olub - KİV


Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev bu gün - martın 16-sı saat 12-də AMEA-ya gəlib.
Yeniavaz.com
xəbər verir ki, məlumatı "unikal" yayıb. İddia olunur ki, o, akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla və akademiyanın digər bir neçə əməkdaşı ilə AMEA prezidentinin kabinetində iclas keçirib.
Mətbuat orqanı bildirir ki, AMEA prezidenti vəzifəsini icra edən Arif Həşimovun köməkçisi Nuray Nuruzadə A.Həşimovun həmin ərəfədə iclasda olduğunu təsdiqləyib.
İddia olunur ki, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev akademiyanı tərk edib və bu zaman prosesi lentə almaq istəyən şəxslərə mane olunub.
Qeyd edək ki, R.Mehdiyev ötən ay AMEA prezidenti vəzifəsindən istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top