Nazirlikdən “Massaçusest”ə qəbul olan şagirdlə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, “ROOF Academic Training”in tələbəsi Salman dünyanın 1 nömrəli universiteti Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Təhsil Nazirliyi də açıqlama yayıb.
Bildirilir ki, Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb.
Salman Hüseynov 2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə II yer, 2020-2021-ci tədris ilində isə I yerin qalibi olub.
Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO - Beynəlxalq Kimya Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal qazanıb.
Salman Hüseynov hazırda beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top