
“Tələbəmiz Salmana dünən gecə dünyanın 1 nömrəli universiteti Massaçusets Texnologiya İnstitutundan (MIT) qəbul aldıq”.
Yeniavaz.com xəbər verir ki, bunu “ROOF Academic Training” tədris mərkəzinin təsisçisi və icraçı direktoru Rüfət Hüseynzadə sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Salman Astaranın Pensər kəndindəndir.
Qeyd edək ki, nüfuzlu beynəlxalq təşkilatlar ABŞ-ın Massaçusets Texnologiya İnstitutunu (MIT) dünyanın 1 nömrəli ali təhsil ocağı hesab edirlər.
